“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Rəhbərlik

Sədr

Əzimov Vüqar Yaşar oğlu

Doğum tarixi

1980: anadan olmuşdur.


Təhsil

1997-2001: Bakı Biznes Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr təhsili almışdır.

Karyera

2002-2014: Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Biləsuvar rayon Təhsil Şöbəsində aparıcı mühasib-xəzinədar vəzifəsində çalışmışdır.

2014-2016: Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Biləsuvar rayon Təhsil Şöbəsində Baş mühasib (baş məsləhətçi) vəzifəsində çalışmışdır.

2016-2022: Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Biləsuvar rayonu üzrə aparıcı məsləhətçisi vəzifəsində çalışmışdır.

2022-2024: Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Biləsuvar rayon Komitəsində mühasib-məsləhətçi vəzifəsində çalışmışdır.

2024-2025: Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Biləsuvar rayon Komitəsinin Sədri vəzifəsində çalışır.


Xarici dillər

Rus


Ailəlidir, 3 övladı var.