“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.

Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.

Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 

Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

Biləsuvar Rayon Komitəsi ittifaq üzvlərinin yubiley tədbirlərini qeyd edir.

News Image

Biləsuvar Rayon Komitəsi ittifaq üzvlərinin yubiley tədbirlərini qeyd edir.

Elm və Təhsil İşçiləri Biləsuvar Rayon Komitəsi tərəfindən 2026-cı ilin avqust ayında yubiley yaşı tamam olan qabaqcıl təhsil işçilərini Elm və Təhsil işçiləri Biləsuvar Komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif edilib.

Təltif olunanlar:

• Biləsuvar Rayonu Nizami Gəncəvi adına 1 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi İsayeva Rəsmiyə Hüseynağa qızı – 60 yaş

Yubiley yaşı tamam olan bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

#AHİK #ETİHİRespublikaKomitəsi #ETİHİBiləsuvarRayonKomitəsi #Təhsil #Yubiley #Müəllim

https://www.facebook.com/profile.php?id=61572647651159&__cft__[0]=AZgewiIzobEd2l5KzjcIkueRSH_ATKny_RPQlNR2ZBh3e0zck5Sx9xEsfbilRfScWg8gIDyjYIeOP0biGwXrxkloTtJXS-UvWOjWGwwVRG0NlkQzDW998_UIzdcqx-xeWO0oiFzahvjvRoaSduFCIKtqNgBibRR6oyCv&__tn__=-UC%2CP-R

Biləsuvar Rayon Komitəsinin ittifaq üzvləri Astara rayonuna səfər etdilər.

News Image

Biləsuvar Rayon Komitəsinin ittifaq üzvləri Astara rayonuna səfər etdilər.

ETİHİ Biləsuvar Rayon Komitəsinin dəstəyi ilə bir sıra ittifaq üzvləri Astara rayonun Astaloniya İstirahət mərkəzinə 29-30 avqust 2026-cı il tarixdə iki günlük istirahətə yollandılar. İstirahət zamanı Astara rayonunun gəzməli görməli yerlərini və tarixi abidələri ilə tanış oldular. Sonunda yaradılan şəraitə görə ETİHİ rəhbəriliyinə və Biləsuvar komitəsinə təşəkürünü bildirdilər.

https://www.facebook.com/profile.php?id=61572647651159&__cft__[0]=AZihpR5uxbJLu4UwP9I5VeZCHVlHqJLVI94GtpohNWvg3Oeiy9JeIIwxC1ifUx_MgD8OKY9NTab29IOFmO7OPAz9XD0LIWlY8szhc8rviqLQrLfgN5XnEFKaCMj7k1aHhZG9lfJdZZ4yC-QV4BU2GjMMC04CFi7HHFSS&__tn__=-UC%2CP-R

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Biləsuvar Rayon Komitəsi tabeliyində olan ümumtəhsil,məktəbəqədər və məktəbdənkənar müəssisələrinin ilk təşkilat sədrləri ilə görüş keçirtdi.

News Image

Biləsuvar Rayon Komitəsi tabeliyində olan ümumtəhsil,məktəbəqədər və məktəbdənkənar müəssisələrinin ilk təşkilat sədrləri ilə görüş keçirtdi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Biləsuvar Rayon Komitəsi tabeliyində olan ümumtəhsil,məktəbəqədər və məktəbdənkənar müəssisələrinin ilk təşkilat sədrləri ilə görüş keçirtdi. Görüşdə görülən işlər müzakirə edildi və qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparıldı. Əsas müzakirələr yay mövsümündə verilən yollayışlar oldu. Rayon Komitəsinin sədri yeni tədris ilinin başlnması ilə əlaqədar ilk həmkarlar təşkilatının üzərinə düşən öhdəlikləri maksimüm dərəcədə yerinə yetirilməsi tapşırıldı.

https://www.facebook.com/profile.php?id=61572647651159&__cft__[0]=AZYjRp97YUxB7uDUeqhYsomqEVEBtId3hzefYd_3NnAjR1SwcB2JoOk2tX8ybISbom3pMC3ugGW6veuQSVD-LGCtcP5_vLC2eVWyTnizQwsGItn7cT7ul294tJ4EOx1DAW4X2GSQhce6alhpYMEdvIY0c2I1T0GNfQYrOJK4ROxCHFf2Y0aQmfCcehqKiAxZWq5ztUbyLgrsMjvkvEQ4TuCT&__tn__=-UC%2CP-R

1 İyun "Üşaqların Müdafiəsi Günü" Biləsuvarda qeyd edildi.

News Image

1 İyun "Üşaqların Müdafiəsi Günü" Biləsuvarda qeyd edildi.

İYUN dünyada,eləcədə Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olunur.Bu əlamətdar bayram ilk dəfə 1950-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə təsis edilib və uşaqların hüquqlarının qorunması məqsədi daşıyır

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ETİHİ Biləsuvar Rayon Komitəsinin iştirakı ilə Biləsuvar rayonunun məktəb və uşaq bağçalarında tədbirlər keçirilmişdir

https://www.facebook.com/profile.php?id=61572647651159&__cft__[0]=AZaOPG5lJD4LRh6K5a8p7dwPATrTTJBYSFJ1CH6K889q_8Iv0CHbIkYGviUMxMmNtTCqSyBbWfboyakSoWtXs7IYpEiYk4yUts3HMuHnjBTLeBTzsqOfxcZbzxbycN5skTYcUX-Gg-Um8HzWC6PORJFu&__tn__=-UC%2CP-R

28 May-Müstəqillik Günü Biləsuvar rayonunda təntənəli şəkildə qeyd edildi.

News Image

28 May-Müstəqillik Günü Biləsuvar rayonunda təntənəli şəkildə qeyd edildi.

28 May-Müstəqillik Günü xalqımızın milli qürur və azadlıq rəmzidir.1918-ci ildə Şərqdə ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti məhz bu tarixdə elan edilmişdir.İstiqlal Bəyannaməsi xalqımızın suverenlik əzmini dünyaya bəyan etmişdir.

Biləsuvar rayon ümumtəhsil müəssisələrində və məktəbəqədər təhsil müəssisələrində 28 May Müstəqillik Günü ETİHİ Biləsuvar Rayon Komitəsinin iştirakı ilə keçirilmişdir.

https://www.facebook.com/profile.php?id=61572647651159&__cft__[0]=AZZQCKK9sAfn5pIZDzSLRvWP5835cpQJs_nJTsNbtU_K7PugY3KrBu80ek5XNDnxX9cKKOXbDXk7V2MXGfLmVVJFAuu0tbMQM9Gr-n48aFzEN6cnGTkNl2ka-OzTegBojsp-PTfvChfPcNztuQjCq-gWkakXxZiAIX9NeIKhQv4cYQeilPoMPORCHdF7CY3JmDZoxHvYkwxr6BEDoPiFvWaz&__tn__=-UC%2CP-R

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Biləsuvar rayon ümumtəhsil məktəblərində çalışan işçilər arasında voleybol yarışı keçirildi

News Image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Biləsuvar rayon ümumtəhsil məktəblərində çalışan işçilər arasında voleybol yarışı keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Biləsuvar rayon ümumtəhsil məktəblərində çalışan işçilər arasında voleybol yarışı keçirildi

https://www.facebook.com/profile.php?id=61572647651159&__cft__[0]=AZbJHLggKVqGUWoyhu6tOvLjOb6rNl8Ip4nB4mN9GkaE80H6cFmoHpWeGPymYN1dkUVQmhH2gbIkXpIeNpsKNsFoRiy5G0TGFs700PRjkr2y883KQ-Xcv3vybmkqn479fTF09Pk1akMx4jt3uiEdpvfn5J3uyATczj0bupWGsbd7f1gOmjx8Vtcf1ik85HRpiruFaAFXAB16iamxtmsTUAUb&__tn__=-UC%2CP-R

Biləsuvarlı ittifaq üzvləri Bakı İçəri Şəhər Dövlət qoruğuna səfər etdi.

News Image

Biləsuvarlı ittifaq üzvləri Bakı İçəri Şəhər Dövlət qoruğuna səfər etdi.

26.04.2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Biləsuvar Rayon Komitəsinin 20 nəfər ittifaq üzvü Bakı şəhərinə İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaya göndərilmişdir.

Bu şəraitin yaradılmasında Azərbaycan Respublikası Həmkarlar İttifaqı Respublika Komitəsinə və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkürümüzü bildiririk.

Biləsuvarda "əməyin müavizəsi" mövzusunda marifləndirici tədbirlər təşkil edildi.

News Image

Biləsuvarda "əməyin müavizəsi" mövzusunda marifləndirici tədbirlər təşkil edildi.

16.04.2026-cı il tarixdə Respublika Komitəsi Şirvan-Salyan Regional Təhsil İdarəsi,Şirvan-Salyan Regional Əmək Müfətişliyi,Mil-Muğan Regional Fövqaladə Hallar Nazirliyi ilə birgə Əməyin Mühafizəsi ilə bağlı Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək devizi altında birgə tədbirindən sonra Biləsuvar rayon ümumitəhsil,məktəbəqədər və məktəbdənkənar müəssisələində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Biləsuvar Rayon Komitəsinin təşkilatçılığı ilə geniş miqyaslı Əməyin Mühafizəsi ilə bağlı maarifləndirici tədbirlər təşkil olunub və keçirilmişdir.Tədbirdə ümumtəhsil müəssiələri üzrə 500 nəfərdən çox ittifaq üzvü iştirak etmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Biləsuvar Rayon Komitəsi K.Ağayev adına Texniki Fənlər Təmayüllü internat tipli məktəb-liseyin ittifaq üzvlərini təbrik etdi.

News Image

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Biləsuvar Rayon Komitəsi K.Ağayev adına Texniki Fənlər Təmayüllü internat tipli məktəb-liseyin ittifaq üzvlərini təbrik etdi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Biləsuvar Rayon Komitəsi K.Ağayev adına Texniki Fənlər Təmayüllü internat tipli məktəb-liseyin ittifaq üzvləri olan qadınlara məktəb daxilində tədbir keçirmişdir.İttifaq üzvü olan tədbir iştirakçıları gül və hədiyyələrlə təltif edilmişlər

https://www.facebook.com/profile.php?id=61572647651159&__cft__[0]=AZaRVGvAdmL_R9tnruCWjK9c9gAs0CpHasrfuqVsYISt637TnHorxHSu4hdfAzHkUHACxuduayLh1QuZT2rx-ktizSGfCUkDcRNWsLOie3eEu9_JGC18zBmFaUXxEwDW3yzDuJuh2jxRKYsYEIv0qoYQjgPZBwTH6Xfdq8C6OCq_W0Gf_gSa2qsG35rSVnbfa-nEagVrSad9GnczrxRyGhf_&__tn__=-UC%2CP-R